Metropoliten dükan sahiblərinə martın 27-dək vaxt verdi

Bakı Metropoliteninin rəhbərliyi metro ərazisində, keçidlərdə ticarət obyektləri söküləcək şəxsləri Metropolitenin binasında qəbul edib. APA TV xəbər verir ki, qəbulda iştirak edənlərin bildirdiyinə görə, görüşdə onlara metropoliten ərazisindəki söküntü işlərinə martın 27-dən başlanacağı bildirilib. İlkin olaraq, metro kassalarının yaxınlığında yerləşən obyektlər, daha sonra keçidlərdəki ticarət köşkləri söküləcək. Martın 27-dək isə sahibkarlardan icarə haqqı alınmayacaq. Qərarla razılaşmayan sahibkarlar “Elmlər Akademiyası” stansiyasının qarşısında yolu bağlamağa cəhd göstəriblər.

Polis onların bu cəhdinin qarşısını almaq üçün tədbirlər görüb, aksiya iştirakçılarını ərazidən uzaqlaşdırıb.

Müəllif | Apa.Tv