DSMF sədri Saatlıda şikayətləri dinlədi

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Saatlıda vətəndaşları qəbul edib. APA TV-nin xəbərinə görə, “Açıqqapı” şəraitində keçirilən görüşə Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan məcburi köçkünlər qatılıb.

Qəbulda sosial sığorta stajının təyin oluması, təhsil illərinin sığorta stajına daxil edilməsi, başqa dövlətlərin ərazilərində qazanılmış iş stajlarının nəzərə alınması, pensiyanın bir növündən digər növünə keçilmə və s. məsələlərə diqqət ayrılıb. Həlli mümükün olan problemlər üzrə konkret qərarlar qəbul olunub, tapşırıqlar verilib.

Görüşdə 30-dək çox vətəndaşın müraciətlərinə baxılıb. 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı