Gəncədə taksi sürücüsü MÜŞTƏRİNİ DÖYÜB ÖLDÜRDÜ

Gəncədə bir taksi sürücüsü pul üstündə sərnişini döyərək, qətlə yertirib. Hadisə Gəncə şəhərinin Muxtar Hacıyev küçəsində, ərzaq dükanın qarşısında baş verib. Şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan 29 yaşlı Elxan Kərimovla müştərisi - 36 yaşlı Anar Babayev arasında mübahisə yaranıb. Əvvəllər də bir neçə dəfə sözləri düz gəlməyən tanışların mübahisəsi əlbəyaxaya çevrilib. Taksi sürücüsü Elxan Kərimov dava zamanı küt dəmir alətlə Anar Babayevin baş nahiyəsindən bir neçə zərbə endirib.

APA TV-nin xəbərinə görə, yaralı ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasınnın reanimasıya şöbəsinə yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olmayıb. Elxan Kərimov bildirib ki, Anar Babayevi ona pul borclu olduğuna görə vurub. Faktla bağlı Gəncə şəhər prokurorluğunda cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli