Azərbaycan 30 TON QIZIL ALACAQ
"Azərbaycanın strateji qızıl ehtiyatları ilin sonuna kimi yaradılacaq".
APA TV-nin zəbərinə görə, bunu Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib. İki il ərzində 30 ton qızılın alınması haqqında qərar qəbul edildiyini deyən Şahmar Mövsümovun sözlərinə görə, bu satınalmalar sonralar alqı-satqıdan mənfəət götürmək üçün deyil.
Dövlət Neft Fondunun 2014-cü il büdcəsinə yenidən baxılacaq. Buna səbəb Azərbaycan prezidentinin fərmanı ilə qaz layihələrinin idarə olunması üçün yeni yaradılan şirkətdir. Şahmar Mövsümov söyləyib ki, yeni şirkətin kapitalının formalaşdırılması üçün 51 mln. ABŞ dolları məbləğində vəsaitin ayrılması nəzərdə tutulur: "Biz həmin vəsaitləri xərc kimi büdcə vasitəsi ilə yox, bilavasitə Dövlət Neft fondudan investisiya kimi həyata keçirəcəyik. Buna görə bizim büdcəmizdə onun nəzərdə tutulmasına ehtiyac yoxdur. Çünki bu vəsaitlər investisiya ediləcək və sonradan Neft Fonduna qayıdacaq. Amma bizim büdcəmiz vasitəsi ilə xərci maliyyələşdiririk".
Şahmar Möhsümov bildirib ki, Cənub Qaz Dəhlizinə daxil olan layihələrin maliyyələşdirilməsinə bu ildən başlanacaq və 2018-2019-cu ilədək davam edəcək.