Gəncə sakini bıçaqlandı
Gəncə şəhərində iki nəfər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.
APA TV-nin xəbərinə görə, 1977-ci il təvəllüdlü Fariz Verdiyev qarnının daxilə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, Fariz Verdiyevi, şəhər sakini, 1979-cu il təvəllüdlü Elsevər Məmmədov bıçaqlayıb. Həkimlər F.Verdiyevin vəziyyətinin orta-ağır olduğunu bildirilər. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.