Rusiyalı hərbçilər Krımda strateji obyekti ələ keçiriblər

Rusiyalı hərbçilər ötən axşam Krımın qərbində radiotexniki kəşfiyyat postunu ələ keçiriblər. APA TV xəbər verir ki, bu barədə məlumatı Ukraynanın Müdafiə Nazirliyi yayıb. Nazirliyin məlumatına görə, Olyonovka kəndində yerləşən post ultimatumdan sonra rus əsgərlər tərəfindən tutulub. Ukraynalı hərbi dənizçilər stansiyanın əsas blokunu söküblər. Onlar hərbi şəhərciyi tərk etməyiblər və orada qalmaqda davam edirlər. Amma ukraynalı hərbçilər tərksilah olunublar.

 

Bu arada isə məlum olub ki, Rusiya Ukraynanın şimal sərhədlərinə  qoşun yığır. Ukraynanın müdafiə naziri İqor Tenyux bildirib ki, hazırda ölkənin şimal-şərq sərhədlərinə 220 min rusiyalı hərbçi, 1800 tank və 400 helikopter toplanıb. 

Müəllif | Apa.Tv
Apa.tv