Nyu-Yorkda partlayış: ONLARLA ÖLÜ VƏ YARALI VAR
Nyu-Yorkda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, 60-dan çox adam yaralanıb. 9 nəfərin itkin düşdüyü bildirilir.
Partlıyışın baş verdiyi Harlem bölgəsini təbii qazla təmin edən şirkətə qaz sızıntısı ilə bağlı məlumat daxil olub. Telefonla məlumat verdildikdən sonra təmir briqadası bölgəyə yollanıb. Lakin mütəxəssislər hadisə yerinə çatanadək partlayış baş verib.
Partlayışdan sonra güclü yanğın başlayıb. Əraziyə yüzlərlə yanğınsönlürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Partlayışın baş verdiyi yerə gedən yollar bağlanıb, hər ehtimala qarşı bomba axtarışlarına başlanılıb.
Uçan binanın hissələri Nyu-Yorka gedən dəmir yolu xəttinə ziyan vurub. Bir çox qatar reysləri təxirə salınıb.
APA TV-nin xəbərinə görə, uçan binada kilsə, piano mağazası və yaşayış evləri olduğundan, ölənlərin sayının arta biləcəyi istisna edilmir.