Siqaret çəkə-çəkə generatora benzin dolduran gənc ölümcül yaralandı

Daşkəsən rayonunun Quşçu kənd sakini, 22 yaşlı Rəşad Rüstəmov fermada işləyərkən ehityatsızlıqdan  bədbəxt hadisənin qurbanı olub. Belə ki, Rəşad fermada benzinlə işləyən generatoru işə salmaq istəyib. O, siqaret çəkə-çəkə generatora yanacaq doldurarkən partlayış  baş verib və alov fermanı bürüyüb. 

 

Nəticədə Rəşad Rüstəmov yanıb. Zərəçəkən ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasın reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin sözlərinə görə, onun bədəninin təxminin 90 faizi yanıb, vəziyyəti isə çox ağır olaraq qalır.

 

APA TV-nin xəbərinə görə, həkim Telman Feyzullayev deyib ki, onun vəziyyəti kənar ağırdır: "Bədəninin təxminən 95 faizi yanıb. Bircə ayaqlarının altı yanmayıb. Tənəffüs yolları da yanıb. Yanıqları çoxdur və dərindir. Reanimasiya şöbəsində müalicəsi aparılır. Xəsarətləri həyat üçün təhlükəlidir".

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv