Obamadan təhdid: "Rusiya belə davam etsə..."

ABŞ Krımda referendum keçirilməsi planlarını qətiyyətlə rədd edir. APA TV-nin xəbərinə görə, bu bəyanatı ABŞ prezidenti Barak Obama Ukraynanın baş naziri Arseni Yatsenyukla görüşündə deyib. Barak Obama bəyan edib ki, Vaşinqton Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləyir: "Biz Rusiya hökumətinə deməkdə davam edəcəyik ki, indiki istiqamətdə hərəkəti davam etdirsə, təkcə biz yox, həm də bütün beynəlxalq ictimaiyyət Rusiyanı beynəlxalq hüququn pozulmasına görə cavab verməyə məcbur etməyə vadar olacaq".

 

Arseni Yatsenyuk isə deyib ki, Ukrayna müstəqilliyi, azadlığı uğrunda mübarizə aparır və təslim olmayacaq. Baş nazir bildirib ki, Ukraynanı Avropa Birliyinin bir hissəsi və Rusiyanın dostu kimi görmək istəyir. Arseni Yatsunyuk Kiyevin Moskva ilə danışıqlara hazır olduğunu da açıqlayıb.

 

Müəllif | Apa.Tv