Bakının mərkəzində zəncirvari qəza

Ötən gecə Bakının Nobel prospektində zəncirvari yol qəzası baş verib. APA TV-nin məlumatına görə, prospektlə hərəkətdə olan "Volkswagen" markalı avtomobilin sürücüsü qadağan olunan yerdən Ramiz Quliyev küçəsinə dönmək istəyib. Lakin maşının sürəti yüksək olduğundan, sürücü idarəetməni itirib və Nobel prospektinin əks istiqamətində işıqforda dayanmış "Mercedes" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Mercedes" işıqforda dayananan "Chevrolet" markalı başqa bir maşına dəyib.

 

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin "Volkswagen" və "Mercedes"ə ciddi ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv