Sabirabadda ev yandı

Sabirabadda yanğın hadisəsi baş verib. APA TV-nin xəbərinə görə, yanğın şəhərin Elşən Qasımov küçəsi 13 ünvanında, Mirzəyev Elman Rizvan oğluna məxsus evdə qeydə alınıb. 3 otaqdan və 1 eyvandan ibarət fərdi yaşayış evinin 80 kvadratmetri əşyalarla birlikdə yanıb. Fövqəladə Hallar Nazirliyinin Sabirabad yanğından mühafizə xidmətinin 2 avtomobili və canlı qüvvəsi yanğının söndürülməsinə cəlb edilib. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğına elektrik naqillərində yaranmış qısa qapanmanın səbəb olduğu gümah edilir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı