DBX rəisi: "Balıq satışına qadağa qoyulmayıb"
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Xəzərdə kefal balıqlarının ölüm hallarının araşdırılması ilə bağlı İrana rəsmi müraciət edib.
APA TV-nin xəbərinə görə, Dövlət Baytarlıq Xidməti rəisi Siyalə Rüstəmova deyib ki, məsələnin araşdırılması ilə bağlı nazirliyin göstərişi olub və Dövlət Baytarlıq Xidməti dərhal monitorinqlərə başlayıb: "Yaxşı haldır ki, bu günə kimi su hövzələrində balıq ölümlərinə rast gəlməmişik. Sahil boyu yerləşən ərazilərdən mütəmadi olaraq məlumatlar alırıq. Buna baxmayaraq, İran İslam Respublikasına rəsmi müraciət də göndərdik. Onlar bildirdilər ki, Mazandaran sahilində balıqlar arasında ölüm halları qeydə alınıb".
Xidmət rəisi bildirib ki, Azərbaycanın dəniz sərhədlərində balıqlar arasında ölüm halı müşahidə olunmadığından ölkəmizdə balıq ətinin satışına heç bir qadağa tətbiq edilməyib.