Respublika Baytarlıq Laboratoriyası yeni standartlara keçir
"Respublika Baytarlıq Laboratoriyası İSO/ICO 17025 standartlarına uyğun akreditasiyadan keçmək ərəfəsindədir".
APA TV-nin xəbərinə görə, bunu kənd təsərüffatı nazirinin müavini İlham Quliyev Bakıda keçirilən "Heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair milli seminar”da deyib.
O bildirib ki, heyvan xəstəliklərinin diaqnostikası sahəsində böyük irəliləyişlər var. Beynəlxalq təşkilatların texniki və maliyyə dəstəyi ilə baytarlıq laboratoriyalarının maddi-texniki bazası əvvəlki illərlə müqayisədə xeyli möhkəmləndirilib.
Qeyd edək ki, Bakıda “Beynəlxalq tibbi sanitar qaydaları və baytarlıq xidmətlərinin fəaliyyətinin qiymətləndirilməsində ölkənin perspektivləri, heyvan və insan sağlamlığı sektorları arasında əməkdaşlığın gücləndirilməsi üzrə yol xəritəsinə dair” milli seminar keçirilir.
Seminar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) ev sahibliyi, Dünya Heyvan Sağlamlığı Təşkilatı (DHST) və Dünya Səhiyyə Təşkilatının (DST) təşkilatçılığı və Dünya Bankının maliyyə dəstəyi ilə keçirilir.