Azərbaycanda SİFARİŞLİ QƏTLİN ÜSTÜ AÇILDI
Azərbaycanda 9 gün əvvəl törədilən qətl hadisəsinin üstü açılıb.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, Salyan rayonunda Aydın Xəlilovu kəsici-deşici alətlə qətlə yetirən qrup üzvləri – Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Rəhimov, Bakı şəhər sakini Tacəddin Qafarov, Balakən rayon sakini Təvəkkül Seyidov və qətlin sifarişçisi, Salyan rayon sakini Şahin Niftəliyev yaxalanıb.
Qeyd edək ki, hadisə martın 4-də Salyanın Qaraçala kəndində qeydə alınıb. Rayon sakini, 1965-ci il təvəllüdlü Xəlilov Aydın Rafiq oğlu bir neçə bıçaq zərbəsi ilə naməlum şəraitdə qətlə yetirilib. Şahidlərinin bildirdiyinə görə, A. Xəlilovla qara rəngli “Prado” avtomobilində olan naməlim şəxslər arasında mübahisə baş verib, həmin şəxslər onu bıçaqladıqdan sonra yerə atıblar.