Komitə sədrinə radikal dini qurumlardan şikayət edildi
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov Xaçmazda vətəndaşları qəbul edib. APA TV-nın şimal bürosunun verdiyi məlumata görə, görüşdə Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabrandan 20-dək vətəndaşın şikayəti dinlənilib.
Görüşdə qaldırılan əsas məsələlər dini icmaların qeydiyyatı, dini və Azərbaycan tarixi və ədəbiyyatı ilə bağlı kitabların çatışmazlığı ilə bağlı müraciətlər olub. Komitə sədri jurnalistlələrə açıqlamasında bildirib ki, vətəndaşlar tərəfindən bəzi tarixi abidələrin və məscidlərin təmir ilə də bağlı müraciətlər olunub: "Radikal dini qurumlar haqqında müraciətlərdə narazılıqlar ifadə olunub. Dövlətin bu istiqamətdə gördüyü işlər dəstəklənib".
E.İskəndərvun sözlərinə görə, bəzi məsələlər yerindəcə həll olunub, digər problemlərin operativ həlli istiqamətində göstərişlər verilib.