Ucarda qəza: 5 yaralı

Ucarda 5 nəfərin xəsarəti ilə nəticələnən yol qəzası baş verib. Hadisə martın 13-də Bakı-Qazax yolunun Ucar rayonunun Küçəkənd kəndindən keçən hissəsində qeydə alınıb. “Nissan Navara” markalı avtomobillə “VAZ-21015” markalı minik maşını toqquşub. Nəticədə “VAZ-21015”in sürücüsü, 45 yaşlı Siyəzən rayon sakini Həsənov Cəlil Uğurlu oğlu, 28 yaşlı İmişli rayon sakini Şirinov Anar Davud oğlu, 43 yaşlı İmişli rayon sakini Məmmədova Xuraman Çoban qızı, 38 yaşlı Sumqayıt şəhər sakini Həsənova Dürdanə Uğur qızı və həmyaşıdı Sumqayıt şəhər sakini Pənahova Zahidə Şəmsəddin qızı müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Zahid Abışov