"Professor" ləqəbli avtoritet 7-ci dəfə həbs olundu
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsinin əməkdaşları "professor" ləqəbli Nizami Həsənovu həbs ediblər. Ondan 570 qram tiryək götürülüb. Kirayə yaşadığı Xətai prospektindəki mənzilindən isə 3 kiloqram 200 qram qurudulmuş marixuana aşkarlanıb.
İstintaqla müəyyən olunub ki, N.Həsənov təcridaxanadan 3 ay öncə buraxılıb. Narkotik vasitələri İran vətəndaşından nəğd pulla aldığını deyib: "Peşman deyiləm. Güya peşman olsam, məni buraxacaqlar ki? Bu, mənim həyat tərzimdir".
APA TV-nin xəbərinə görə, bu, Nizami Həsənovun 7-ci məhkumluğu olacaq.