Prezident İlham Əliyev Almaniyanın sabiq kanslerini qəbul edib
Prezident İlham Əliyev martın 13-də Rusiyanın Sverdlovsk Vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Sverdlovsk vilayəti ilə ölkəmiz arasında mövcud uzunmüddətli dostluq əlaqələrinə toxunan qubernator Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını əməkdaşlığımızın yaxşı göstəricisi kimi dəyərləndirib.
Prezident İlham Əliyev Azərbaycanla Rusiya Federasiyası və onun subyektləri arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini və bunun üçün bütün şəraitin yaradıldığını deyib.
Prezident İlham Əliyev Rusiyada yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusların ölkələrimizin inkişafına töhfə verdiklərini qeyd edib.
Azərbaycan prezidenti Almaniyanın sabiq kansleri Gerhard Şröderi də qəbul edib.
Görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişafı, əlaqələrin perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət əsnasında Alman-Azərbaycan Xarici Ticarət Palatasının müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsində rolu vurğulanıb.