“Hyundai” çuxura düşdü: 2 yaralı
Şəkidə baş verən yol qəzasında iki nəfər xəsarət alıb. APA TV-nin məlumatına görə, qəza Şəkiyə giriş yolunun 6-cı kilometrliyində, rayonun Çeşməli kəndi ərazisində qeydə alınıb. 1977-ci il təvəllüdlü Ağaməmmədzadə Rövşən Fuad oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə çıxış istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındakı çuxura düşüb. Qəza nəticədə sürücü Rövşən Ağaməmmədzadə və onun sərnişini, 1976-cı il təvəllüdlü İsmayılov Samir Hüseyn oğlu aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına(MRX) aparılıblar. Xəstəxanadan APA TV-yə verilən məlumata görə, qəza nəticəsində xəsarət alan Rövşən Ağaməmmədovun xəsarətləri yüngül olduğundan ambulator müalicə almaq şərtilə evə buraxılıb. Samir İsmayılov isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Hazırda Samir İsmayılovun vəziyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır.