Donetskdə qanlı toqquşma: 3 NƏFƏR ÖLDÜ

Ukraynanın Donetsk şəhərinin Lenin meydanında baş verən toqquşmalarda 3 nəfər ölüb. Yerli "Kanal 5"televiziyasının məlumatına görə, toqquşma zamanı 17 nəfər yaralanıb, yaralanalara yerindəcə tibbi yardım göstərilib. 11 nəfər ağır yaralı isə dərhal Donetskinin 17 saylı nevrocərrahiyyə xəstəxanasına yerləşdirlib.

 

Donetsk Azadlıq təşkilatının təhbəri İqor Slavqordiskiy məlumatı təsdiqləyib. O bildirb ki, mitinq zamanı yaranan toqquşmalarda ölənlərdən biri "Azadlıq" təşkilatınılnın yerli bölməsinin üzvü Dmitri  Çernyavskidir.

 

APA TV-nin xəbərinə görə, Donetskde Ukraynanın birliyi və bərabərliyini dəstəkləyən yürüş - mitinq keçirilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı