Azərbaycan, Türkiyə və İran XİN başçıları Vanda görüşəcəklər

"Martın 14-də Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin Türkiyənin Van şəhərində 3 tərəfli görüşü gözlənilir".

Bu barədə APA TV-yə məlumat verən Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, hər 3 ölkə zəngin, tarixi köklərə malikdir və regional məsələlərin həllində çox vacib rolu var.

Nazirlik rəsmisi deyib ki, görüş zamanı əsasən, regional əməkdaşlığın gücləndirilməsi, ölkələr arasında münasibətlərin perspektivlərinin müzakirə ediləcək və aktual məsələlərə dair fikir mübadiləsi aparılacaq: "Region təhdidlər və çağırışlarla üzləşir. Regionun təhlükəsizliyinə ən böyük təhdid Ermənistan-Azərbaycan münaqişəsidir. Təbii ki, bu məsələ də müzakirə olunacaq. Ötən bəyanatlarda da digər 2 ölkənin xarici işlər nazirləri Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstəklə bağlı xüsusi mövqe ortaya qoymuşdular".

 

Elman Abdullayevin sözlərinə görə, region ölkələr bu kimi üç tərəfli görüşlər təşkil etməklə region üçün mövcud problemlərin təhdidlərin qarşısını almaq istəyir.  

 

Müəllif | Apa.Tv