Həftə sonu hava necə olacaq? - PROQNOZ

Yaxın iki gündə ölkədə hava şəraiti nisbətən sabit, gün ərzində əsasən, yağmursuz olacaq. Bakıda və Abşeron yarmadasında mülayim cənub küləyi əsəcək. Arabir güclənəcək. Havanın temperaturu günorta saatlarında 10-15 dərəcə inretvalında dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA TV-yə deyib ki, bölgələrimizdə də hava şəraiti gün ərzində əsasən, yağmursuz olacaq gecə və səhər saatlarında isə bəzi yerlərdə duman olacaq. Havanın temperaturu mərkəzi aran rayonlarında günorta saatlarında 12-17 dərəcə isti, dağlarda isə günorta saatlarında 7-12 dərəcə isti təşkil edəcək.

 

Yaxın iki gündə metroloji amillərin zəif və mülayim tərəddüdü metohəssas insanlar üçün əlverişli olacaq.

 

Müəllif | Apa.Tv
Almaz Qasımova