Bulvar İdarəsi DİN-ə müraciət edib
"Hər il olduğu kimi bu il də martın 19-da səhər saatlarında İçərişəhər Tarix Memarlıq Qoruğu ərazindən başlanan bayram şənliyi axşam Bulvar İdarəsi ərazisində başa çatacaq".
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov APA TV-yə deyib ki, bulvarda yerləşən saat qülləsinin ətrafı Novruz şənliyinin təşkil olunduğu əsas ərazi olacaq ki, burada respublikanın müxtəlif rayonlarından gətirilən yerli istehsal məhsulları, milli yeməklər, eləcə də folklor nümunələri nümayiş etdiriləcək.
Axşam saatlarında başa çatması nəzərdə tutulan bayram proqramının ehtiyac olduğu təqdirdə bir neçə gün davam edəcəyini deyən Nazim Məcidov onu bildirib ki, ötən illərdə yol verilən qüsurlar bu il aradan aldırılacaq. Xüsusilə də tədbirin təşkilatçılarına xəbərdarlıq edilib ki, rəsmi nümayəndələrin iştirakından sonra bayram şənliyinin günorta saatlarında başa çatmasının qarşısı alınsın. Çünki milli tamaşalar, oyunlar və ya satışı təşkil edilən məhsullar axşam saatlarına kimi Bulvar ərazisində nümayiş etdirilməlidir. Bulvar İdarəsinin rəsmisi deyir ki,Bayram günlərində Bulvarda restoran və köşklərdə süni qiymət artımına qarşı ciddi mübarizə aparılacaq: "Belə halla üzləşənlər 055 282 70 00 nömrəli qaynar xəttimizə müraciə etsinlər. Belə qanun pozuntusu aşkar edilərsə, o zaman həmin şəxs işdən azad ediləcək".
Bayram həftəsində Bulvar idarəsinin gücləndirilmiş iş rejimində çalışacağını deyən Nazim Məcidov bildirib ki, həmin gün qanunsuz olaraq pərakəndə satışa, eləcə də dilənçilərə qarşıda ciddi mübarizə aparılacaq. Bunun üçün artıq Daxili İşlər Nazirliyinə müraciət edilib.