Avropa Birliyi Rusiyada bu şəxslərə sanksiya tətbiq edəcək - SİYAHI

Avropa Birliyi Krımdakı hadisələrlə bağlı Rusiyanın bir çox rəhbər şəxslərinə sanksiya tətbiq etməyə hazırlaşır. Sosial şəbəkələrdə yayılan siyahıda ölkənin siyasi və iqtisadi elitasının önəmli simalarının adları var. Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Timçuk Brüsseldəki mənbəyə istinadən bildirib ki, Avropa Birliyi Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovun, prezidentin köməkçisi Sergey Qlazyevin, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin, müdafiə naziri Sergey Şoyqunun, Qara dəniz donanmasının komandanı Aleksandr Vitkonun adlarını sanksiya siyahısına daxil edəcək. Bundan başqa siyahıda Federasiya Şurasının sədri Valnetina Matviyenko, deputatlar Vladimir Jirinovski, Dmitri Roqozin, Aleksey Puşkov, Çeçenistanın dövlət başçısı Ramzan Kadırov, “Rossiya seqodnya” agentliyinin baş direktoru Dmitri Kiselyov da yer alacaq. Sanksiyaya məruz qalacaq biznes-elita nümayəndələri sırasında “Qazprom”un rəhbəri Aleksey Miller, “Rosneft”in rəhbəri İqor Sıçin, “Rusiya Dəmir Yolları” ASC-nin rəhbəri Vladimir Yakunin də var. 

Müəllif | Apa.Tv
Apa.tv