Yanukoviç milyonluq əşyalarını saraydan belə çıxarıb - REAL GÖRÜNTÜLƏR
Ukraynada kütləvi etiraz aksiyalarından sonra ölkədən getmək məcburiyyətində qalan Viktor Yanukoviçin əşyalarının prezident sarayından çıxarılmasının görüntüləri yayılıb.
Onun bahalı, dəyəri milyonlarla ölçülən əşyaları iri yük maşınları ilə daşınır. APA TV-nin xəbərinə görə, 0Ukrayna televiziyasının yaydığı görüntülərdən məlum olur ki, Kiyevdə aksiyalar keçirilən vaxt Yanukoviç müxalifətçilərlə razılaşmanı imzalamağa gedərkən sarayın işçiləri həmin əşyaları yığışdırmağa səfərbər olub. Bir-birindən qiymətli qablar, tablolar yük maşınlarına yüklənib. Saraydan çıxarılan malların arasında qutu-qutu heykəl, bahalı silah və saat da olub. Bəzi çantaları onun özü daşıyıb. Kameralara yaxalanan qadının isə Yanukoviçin sevgilisi olduğu bildirilir.