Nazir: "Ukraynada bütün addımlar konstitusiya çərçivəsində atılmalıdır"

"Azərbaycan Ukraynada stabilliyin bərpa olunmasına və həll olunmamış məsələlərin sülh yolu ilə çözülməsinə çağırır".

APA TV-nin xəbərinə görə, bu barədə Van şəhərində Azərbaycan, İran, Türkiyə xarici işlər nazirlərin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir deyib ki, Ukraynada bütün addımlar konstitusiya çərçivəsində atılmalıdır.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsi məsələsinə də toxunan nazir Azərbaycanın Ermənistanla sülh naminə əməkdaşlığa hazır olduğunu, amma bunun üçün Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməli olduğunu vurğulayıb: “Bu həftə ATƏT-in Minsk Qrupun həmsədrləri ilə ayrı-ayrılıqda görüşmüşük. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, danışıqları yalnız danışıqlar xatirinə aparmaq düzgün deyil. Ermənistan öz qoşunlarını Azərbaycan ərazilərində saxlayır və bu region üçün təhlükəlidir. Təmas xəttində insidentləri azaltmağa ehtiyac var".

bu formatda İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib. 

 

Müəllif | Apa.Tv