Siyavuş Novruzov İCRA HAKİMİYYƏTİ BAŞÇILARINI TƏNQİD ETDİ

Milli Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, spiker Oqtay Əsədov bildirib ki, parlamentə təqdim olunan Nazirlər Kabinetininn 2013-cü il üzrə hesabatında ölkə başçısının həyata keçirdiyi uğurlu siyasət geniş təhlil olunub, xarici təhdidlərə qarşı güclü müqavimət mexanizmi saxlanılıb. Daha sonra baş nazir Artur Rəsizadə hökumətin hesabatı təqdim edib. Hesabatın müsbət qiymətləndirən millət vəkili Siyavuş Novruzov bir sıra icra hakimiyyətləri başçılarından şikayətlənib: "Bir icra başçısının yerinə başqası təyin olunanda gəlib, bunun düzəltdiyi parkı və yaxud istirahət mərkəzini söküb təzədən qurmaq lazım deyil. Əgər bəyənmirsənsə ,ondan gözəlin tik. Burada ölkənin milyonlarla vəsaiti gedib, pul qoyulub. O birisi küçə bərbad vəziyyətdədir. Həmin küçəyə əl gəzdirmək əvəzinə, əvvəlki başçının elədiklərini sökür qoyur yerə..."

Metropolitendəki mağazaların bağlanmasına münasibət bildirən deputat Zahid Oruc isə bildirib ki, ölkədə ticarət obyektlərinə nəzarət hüquqa əsaslanmalıdır. Hesabat barədə fikrilərini bölüşən millət vəkilləri hökumətin hesabatının yüksək səviyyədə hazırlandığını və bütünlükdə ölkəmizin sosial-iqtisadi inkişafını özündə əks etdirdiyini qeyd ediblər.


 

Müəllif | Apa.Tv