Pensiyaçılara şad xəbər

"Dövlət Sosial Müdafiə Fondu mart ayı üzrə pensiyaların maliyyələşdirilməsini başa çatdırıb".

APA TV-nin xəbərinə görə, bunu Fondun sədri Elman Mehdiyev məlumat verib. Onun sözlərinə görə, müvafiq vəsaitlər pensiyaçıların hesablarına köçürülüb: "Bizim əlimizdə profisit imkanlarının olması ayın 14-ü tarixinə respublika üzrə bütün maliyyələşmənin yekunlaşmağa imkan verib. Sabahdan başlayaraq, pensiyaçılarımız bankomatlardan öz pensiya məbləğlərini ala biləcəklər".

 

Qeyd edək ki, 2014-cü ilin yanvarın 1-i tarixinə Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 277 053 nəfər təşkil edir. Onlardan 62 faizi yaşa görə, 27,3 faizi əlilliyə görə, 10,7 faizi ailə başcısını itirməyə görə əmək pensiyası alır.

Müəllif | Apa.Tv