Novruz Məmmədov: “...söz verib ki, dünyadakı bütün erməni kilsələrini ziyarət etsin”

“Ketrin Eşton İranda səfərdə olarkən tarixi səfər edib, Yeni Culfada erməni kilsəsinə baş çəkib. Tam başa düşüləndir”.

 

APA TV-nin xəbərinə görə, bunu şəxsi “Twitter” səhfəsində Prezident Administrasiyası rəhbərinin müavini, beynalxəlq əlaqələri şöbəsinin müdürü Novruz Məmmədov yazıb.

 

“Yəqin xanım Eşton söz verib ki, dünyanın hansı ölkəsində erməni kilsəsi varsa, oranı ziyarət etsin” - deyə Novruz Məmmədov əlavə edib.

 

Xatırladaq ki, AB diplomatiyasının rəhbəri Kətrin Eşton İran nüvə proqramının müzakirəsi ilə bağlı martın 8-də İrana səfər edib. Səfər çərçivəsində o, İsfahan şəhərində ermənilərin kompakt yaşadığı Yeni Culfa məhəlləsində yerləşən Vank kafedral kilsəsini ziyarət edib, kilsənin yepiskopu Papken Çaryan və şəhərinin erməni əhalisi ilə görüşüb, onlarla söhbət edib, problemləri ilə maraqlanıb.

 

Görüşdə K. Eşton İran rəhbərliyinin erməni irsinin qorunması üçün atdığı addımları alqışlayıb.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı