Zakir Həsənov: "Bizim yalnız bir -problemimiz var"

"Bu gün yalnız bir problemimiz var. O da Dağlıq Qarabağ münaqişəsidir. Silahlı Qüvvələrimizin Ali Baş Komandanı hər an qarşımıza doğma torpaqlarımızı azad etməyə hazır olmaq kimi məsuliyyətli bir vəzifə qoyub. Biz hər an hazır olmalıyıq ki, torpaqlarımızı düşmənlərdən hərbi yolla azad edək".

 

APA TV-nin xəbərinə görə, müdafiə naziri Zakir Həsənov Ali Hərbi Məktəbə Heydər Əliyevin adının verilməsinin 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edərkən belə deyib. Nazir bildirib ki, Azərbaycan ordusunun daha güclü olması üçün dünya ordusunun ən yaxşı təcrübəsindən yararlanmağa, ən müasir texnika və silahlardan istifadə etməyi bacaran, xüsusilə də milli-mənəvi dəyərlə tərbiyə olunan peşəkar milli kadrlara ehtiyac var.

 

Tədbirdə Silahlı qüvvələrin generalları, zabitləri, gizir və kursantlar iştirak edib. Bildirilib ki, 2004-cü ilin martın 10-dan Heydər Əliyevin adını daşıyan məktəb Azərbaycan Silahlı Qüvvələrinin  peşəkar kadrlarını hazırlayır.

 

Yubiley tədbirində məktəbin kursantları çıxış edib. Vətənpərvər  mahnılar səslənib. 

Müəllif | Apa.Tv