HÜSEYN DƏRYA QƏZAYA DÜŞDÜ: reperin vəziyyəti ağırdır
Reper Hüseyn Dərya yol qəzasına uğrayıb. APA TV-nin məlumatına görə, Hüseyn Dəryanın idarə etdiyi "Opel" markalı avtomobil Aeroport şossesi ilə yüksək sürətlə hərəkət edərkən idarəetmənin itirilməsi nəticəsində "KamAZ" markalı yük maşınına arxadan çırpılıb.
"KamAZ"ın sürücüsü Kamal Allahverdiyev bunları deyib: "Gedirdim, arxadan vurdu. Düşdüm maşından, onun maşınının qapısını açdım, kömək elədim. Dedi ki, ölmək istəyirəm".
Qəza nəticəsində Hüseyn Dərya xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb.
Həkim Namiq Dəmirçiyev deyib ki, xəstənin vəziyyəti ağırdır: "38 yaşlı Hüseyn Muradov saat 23.20-də ağır vəziyyətdə daxil olub. Müvafiq yardımlar göstərilib. Hazırda müalicəsini reanimasiya şöbəsində davam etdirir".
Faktla bağlı araşdırma apırılır.