Kerri-Lavrov görüşü nəticəsiz qaldı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Con Kerri arasında Londonda keçirilən beş saatlıq görüş Rusiya və ABŞ-ın Krımla bağlı fikir ayrılıqlarını aradan qaldırmayıb. APA TV-nin xəbərinə görə, bunu Rusiyanın xarici işlər nazirinin özü də etiraf edib. Sergey Lavrov bildirib ki, Moskva Krımda keçiriləcək referendumun nəticələrinə hörmətlə yanaşacaq və Ukrayna ilə münasibətlərin nizamlanması üçün beynəlxalq vasitəçilərə eytiyac duymur.
ABŞ-ın dövlət katibi Con Kerri isə birmənalı şəkildə bəyan edib ki, Birləşmiş Ştatlar Krımda keçiriləcək referendumun nəticələrini tanımayacaq. Onun sözlərinə görə, əgər referendum keçirilsə, Rusiyaya qarşı əvvəlcədən vəd edilən sanksiyalar tətbiq olunacaq. Bununla yanaşı, Con Kerri hesab edir ki, Rusiya prezidenti Vladimir Putine Krımın gələcəyi ilə bağlı yekun qərarını verməyib. Dövlət katibinin sözlərinə görə, Amerika rəsmilərinin bəyanatları hədə deyil.