Xalq artistinin HƏYAT YOLDAŞI VƏ NƏVƏSİ QƏZADA ÖLDÜ

Ötən gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hava limanı istiqamətində hərəkət edən "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. "VAZ-2106"-ya çırpılan "Mercedes" aşıb və hadisə yerindən təxminən 200-250 metr aralıya düşüb.

 

Qəza nəticəsində VAZ-2106-da olan iki nəfər ölüb, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İlkin məlumata görə, avtomobildə sürücü, onun həyat yoldaşı, iki övladı, eləcə də, atası və anası olub. Qəza nəticəsində sürücünün anası və bir övladı həlak olub, özü, həyat yoldaşı, atası və digər övladı xəsarət alıb.

 

Xəsarət alanlardan ikisi 3 saylı Şəhər Klinik Xəstəxanasına, qalanları isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan hələlik ikisinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Bunlar sürücünün atası, xalq artisti, məşhur tarzən, 1954-cü il təvəllüdlü Ağasəli Abdullayevvə  sürücünün həyat yoldaşı, 30 yaşlı Səadət Abdullayevadır. Digər zərərçəkənlərin xəsarətləri yüngül olduğundan, onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

 

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv