Azərbaycanda 2 zəlzələ olub

Azərbaycanda ardıcıl 2 zəlzələ baş verib. Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən APA TV-yə verilən xəbərə görə, ilk zəlzələ yerli vaxtla saat 04:58:22-də Qubadan 42 km şimal-şərqdə, Xəzər dənizində qeydə alınıb. Yeraltı təkanın maqnitudası 4.0, dərinliyi 3 km olub. Zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

 

İkinci zəlzələ isə yerli vaxtla saat 06:20-də  Lənkərandan 22 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ yaxın yaşayış məntəqələrində 4-3 bal gücündə hiss olunub. Yeraltı təkanın maqnitudası 4.2, dərinliyi 42 km olub.

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı