Şabranda at yarışı
Şabranda at yarışı keçirilib. Yarışda rayonun müxtəlif yaşayış yerləşrindən 20-dək çapar iştirak edib.
APA TV-nin xəbəribə görə, yarış 5 mərhələdən ibarət olub. Çaparlar 4 nəfər olmaqla qruplara bölünərək mübarizəyə başlayıblar. Hər qrupun qalibi final mərhələsində iştirak etmək hüququ qazanıb. Ağalıq kənd sakini Aydın Əzizov ROŞE ləqəbli atı ilə qalib adını qazanıb və ona kubok, iştirakçılara həvəsləndirici mükafatlar verilib.
Aydın Əzimov bu yarışa böyük həvəslə hazırlaşdığını və qalib gələcəyinə inandığını bildirib.
Şabran RİH başçısının müavini Fikrət Nuşiyev , gənc nəsil üçün tərbiyəvi əhəmiyyətə malik, xalqımızın qəhrəmanlığını simvolizə edən bu kimi qədim adət-ənənələrin təbliğ edilməsinin vacibliyini vurğulayıb.
Mərasimdə milli mətbəximizin nümunələri nümayiş etdirilib, yerli incəsənət nümayəndələrinin ifasında konsert təşkil olunub.