REPER HÜSEYN DƏRYA ÖLDÜ
Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya vəfat edib. O, müalicə aldığı 3 saylı şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib. Martın 14-də Hüseyn Dərya yol qəzasına uğrayıb. APA TV-nin məlumatına görə, Hüseyn Dəryanın idarə etdiyi "Opel" markalı avtomobil Aeroport şossesi ilə yüksək sürətlə hərəkət edərkən idarəetmənin itirilməsi nəticəsində "KamAZ" markalı yük maşınına arxadan çırpılıb.
"KamAZ"ın sürücüsü Kamal Allahverdiyev bunları deyib: "Gedirdim, arxadan vurdu. Düşdüm maşından, onun maşınının qapısını açdım, kömək elədim. Dedi ki, ölmək istəyir".
Qəza nəticəsində Hüseyn Dərya xəsarət alıb. O, 3 saylı Şəhər Kliniki xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 38 yaşlı Hüseyn Dəryanın həyatını xilas etmək mümkün olmayıb. Hadisədən təxminən 12 saat sönra ölüb.