Bərdədə İDARƏ RƏİSİ İŞDƏN ÇIXARILIB
Bərdədə aşkarlanmış mənşəyi bilinməyən ətə görə rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb. APA TV-nin xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova deyib: “Kənd kəsərrüfatı naziri Heydər Əsədovun əmri ilə Bərdədə aşkarlanmış mənşəyi bilinməyən 20 ton ətə görə Bərdə Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb".
Bu cür hallarla bağlı tədbirlər planının hazırlandığını deyən Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmovanın sözlərinə görə, bütün idarələrə xüsusi tapşırıqlar göndərilib və bu tapşırıqlar daha sərt rejimdə çalışmağı diqtə edir.