HÜSEYN DƏRYANIN ÖLÜMÜ MƏTBUATDAN GİZLƏDİLİB

Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya Hüseyn Dərya ölüb. O, 3 saylı şəhər Klinik Xəstəxanasında vəfat edib.

 

Mərhum yaxınlarının bildirdiyinə görə hadisədən  dərhal sonra Hüseyn Dərya xəstaxanaya çatdırlıb. APA TV-nin xəbərinə görə, mərhumun yaxınları, ailə üzvləri xəstəxanaya gəliblər.

 

3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyevin APA TV-yə verdiyi məlumata görə, Hüseyn Dərya saat 09:30 radələrində keçinib: “Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı. Biz onun öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə həyata qaytara bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu mümkün olmadı”.

 

Namiq Dəmirçiyev onu da əlavə edib ki, bundan əvvəl də - 2013-cü il  dekabrın 28-də və bu il martın 9-da Hüseyn Dərya xəstəxanaya gətirilib: "O, qəbul etdiyi narkotik maddələrin təsirindən ölümcül hala düşüb. Həddindən çox narkotik vasitə qəbul edib, koma vəziyyətinə düşmüşdü. Lakin həkimlər onun həyatını xilas edə bilmişdilər".

 

Hüseyn Dəryanın qəzaya düşərkən narkotik vasitə qəbul etdiyi barədə suala isə Namiq Dəmirçiyev bunun hələ dəqiq məlum olmadığını bildirib.

 

Reperin dəfn mərasimi martın 16-da olacaq.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı