Masallıda partlayış: EYNİ AİLƏDƏN 4 NƏFƏR AĞIR YARALANDI

Masallıda güclü partlayış baş verib. Hadisə rayon mərkəzində 37 yaşlı Ramin Ələkbərova məxsus həyətyanı sahədə inşa olunmuş ümumi sahəsi 80 kvadratmetr olan 2 otaqlı köməkçi tikilidə qeydə alınıb. APA TV-nin cənub bürosunun məlumatına görə, qaz sızması nəticəsində baş verən partlayışdan sonra yanğın olub. Köməkçi tikilidə yaşayan bir ailənin 4 üzvü - 37 yaşlı Ramin Ələkbərov, onun həyat yoldaşı, 30 yaşlı İlhamə Ələkbərova, qızları, 13 yaşlı Gülsüm və 10 yaşlı Təhminə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Masallı Regional Mərkəzi tərəfindən xəstəxanaya aparılıb. Burada onlara ilkin tibbi yardım göstərilib. Ailə başçısının, onun həyat yoldaşının və 13 yaşlı qızı Təhminənin yanıq xəsarətləri yüksək dərəcəli olduğundan onlar təcili olaraq, Bakı şəhərindəki Yanıq Mərkəzinə yola salınıblar. Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilmiş 10 yaşlı Gülsümün vəziyyəti isə stabildir.

 

Faktla bağlı müvafiq qurumlarda araşdırma aparılır.

 

Müəllif | Apa.Tv