Tiflis prospektində "Mercedes Benz" yandı
Bakının Tiflis prospekti ilə hərəkət edən "Merceds Benz" markalı minik avtomobili qəfil alışaraq yanıb. Qəza səbəbindən Tiflis prospektində uzun tıxac meydana gəlib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəlib. Yanğın söndürənlər qısa zamanda maşının motor hissəsindən başlayan yanğının yanacaq çəninə doğru keçməsini əngəlləyiblər. Beləliklə, böyük bir partlayışın qarşısı alınıb.
Hadisə yerinə Dövlət Yol Polisi İdarəsinin Yasamal Rayon Şöbəsini əməkdaşları gəlib. Sürücünün xəsarət almadığı yanğında avtomobilə ciddi ziyan dəyib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin Yasamal Rayon Hissəsində yanğının baş vermə səbəbləri araşdırılır.