Qarnına armatur girən məktəblinin vəziyyəti ağırdır

Cəlilabad rayonunda 17 yaşlı məktəblinin yaralanması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə rayonun  Uzuntəpə kəndində qeydə alınıb.  Hərəkətdə olan qoşqulu traktorun yük hissəsindəki  armatur kənd sakini Arif  Nəsiriovun idarə etdiyi “Muravey” markalı motosikletin yük yerində oturan 17 yaşlı Nurlan Əliyevin qarın nahiyəsinə bataraq kürəyindən çıxıb. Yaralı dərhal Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib və onun üzərində cərrahiyyə əməliyyatı aparılıb. Bununla belə hazırda Nurlan Əliyevin vəziyyəti ağır olaraq qalmaqdadır. 

 

İlkin versiya kimi hadisənin traktorun sürücüsünün təhlükəsizlik qaydalarına düzgün riayət etməməsi səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv