Gəncədə yeni tikilən filarmoniya binası uçdu

Gəncədə yeni tikilən filarmoniya binasının üst mərtəbəsi çöküb.

APA TV-nin xəbərinə görə, nəticədə bir nəfər xəsarət alıb.

Hadisə yerinə təcili yardım maşınları cəlb olunub.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, xəstəyə tibbi yardım göstərilib, onun vəziyyəti normaldır. Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Azər Məmmədli