Piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib

Qaxda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə,  hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qaxın Tasmalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.  1965-ci il təvəllüdlü məcburi köçkün Abdullayev Nazim Azay oğlu  idarə etdi  "Toyota Prado" markalı maşınla  Zaqatala rayonu istiqamətinə hərəkətdə olarkən  yolu keçmək istəyən,  şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşında qadını vurub.  Sürücü Nazim Abdullayev  xəsarət alan qadını  Zaqatala  Mərkəzi  Rayon Xəstəxanasına apararkən qadın yolda keçinib.  Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Vüqar Heydərov