Avropa İttifaqı Krımdakı referendumu tanımır

Avropa İttifaqı Krımda keçirilən referendumun nəticələrini tanımayacaq. Bu barədə qurumun Ukrayna nümayəndəliyinin "facebook" səhifəsində yazılıb. "Bu referendum qeyri-konstitusiondur və orada Avropa İttifaqının heç bir müşahidəçisi yoxdur. Bu müddətdə Krımda olan və "referendum"a şərh verən Avropa İttifaqı vətəndaşları qurumu təmsil etmirlər", deyə məlumatda bildirilir.

Martın 16-da Krımda başlayan "referendum"un legitimliyini dünyada yalnız Rusiya, Suriya, Venesuela və Şimali Koreya tanıyıb.

Almaniya Federativ Respublikasının xarici işlər naziri Valter Ştaynmayer Rusiyanı Krım münaqişəsi ilə bağlı mövqeyini dəyişməyə çağırıb.

"Əgər Rusiya son anda güzəştə getməzsə, biz, Avropa İttifaqı xarici siyasət idarələri rəhbərlərinin növbəti gün keçiriləcək iclasında lazımi cavab verəcəyik", deyə Ştaynmayer qeyd edib.

Krımda keçirilən referendum zamanı siyahıda olmayan və başqa ölkə vətəndaşı olan şəxslərə də səsvermə bülleteni verilir. Bu barədə Krımda olan bir jurnalist özünün "facebook" səhifəsində yazıb. Onun sözlərinə görə, Rusiya vətəndaşıdır, lakin Simferopol qeydiyyatındadır. Referendum günü o, üzərinə "Bir halda ki burada yaşayırsınız, deməli səs verə bilərsiniz" yazılmış bülleten alıb.

Onun adını seçicilər siyahısında tapa bilməyən komissiya işçisi qadının adını və soyadını başqa siyahıya yazıb.

Müəllif | Apa.Tv