"Vesti.az"ın yaranmasından 5 il ötür
Bu gün “APA Holding”in tərkibində rus dilində fəaliyyət göstərən “Vesti.az” İnformasiya Agentliyinin yaranmasından 5 il ötür.
Vesti.az ilk gündən geniş oxucu auditoriyasının diqqətini cəlb edib. Eksklüziv materiallar, reportaj və müsahibələr “Vesti.az”ın populyar internet resurslardan birinə çevrilməsinə səbəb olub.
Vesti.az təkcə Azərbaycanda deyil, dünyada, xüsusilə Müstəqil Dövlətlər Birliyi məkanında tanınan, ən çox istinad edilən resurslardan biridir. Agentlik Dağlıq Qarabağ münaqişəsi ilə reallıqların dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Hər gün onminlərlə oxucunun ziyarət etdiyi Vesti.az dünyanın tanınmış analitikləri, politoloqları ilə yanaşı Azərbaycan diasporu ilə də fəal əməkdaşlıq edir.
Agentliyin baş direktoru tanınmış jurnalist Araz Zeynalovdur.