Lənkəranda küçəyə atılmış 3 aylıq körpə uşaq tapılıb
Lənkəranda küçəyə atılmış körpə uşaq tapılıb. APA TV-nin Cənub bürosunun məlumatına görə, uşaq martın 16-da saat 17.00 radələrində rayonun Səpnəkəran kəndi ərazisində Mirsalam adlı yerli sakin tərəfindən aşkarlanıb.
Uşaq aşkarlanan zaman yanında ona aid paltar və digər əşyalar da qoyulub. Əraziyə dərhal polis əməkdaşları və təcili yardım stansiyasının həkim briqadası cəlb olunub. Körpə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının doğum şöbəsinə aparılıb. Təxminən 3 aylıq olan oğlan uşağı burada müvafiq tibbi müayinədən keçirilib və onun səhhətində hər hansı problem olmadığı müəyyənləşib. Daha sonra körpə şəhərdəki uşaq xəstəxanasına təhvil verilib.
Hazırda Lənkəran Şəhər-Rayon Polis Şöbəsində körpənin valideynlərinin kimliyi araşdırılır.