Yasamalda əmi qardaşı oğlunu qətlə yetirib

Ötən gecə Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib. APA TV-nin məlumatına görə, hadisə Salatın Əsgərova küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Tahir Atamalı oğlu Əliyev qardaşı oğlu İlham Ramiz oğlu Əliyevi bıçaqlayıb. O, aldığı xəsarətdən dünyasını dəyişib. İlkin ehtimala görə, qətl şəxsi münaqişə zəminində baş verib. Qətlə yetirilənin oğlunun sözlərinə görə, atasının əmisi ilə əvvəldən mübahisəsi olmayıb: “Mən şəhərə gəlmişdim. Zəng gəldi ki, belə bir hadisə baş verib, getdim. Qonşudurlar. Elə bir ciddi mübahisələri yox idi".

Qətli törədən Tahir Əliyev saxlanılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv