Ağdam sakinin maşını və tövləsi yandı

Ağdamın Qaradağlı kəndində yanğın hadisəsi baş verib. Kənd sakini Həsənov Faiq Hüseyn oğlunun həyətində tövlə yanaraq, yararsız hala düşüb. APA TV-nin xəbərinə görə, hadisə martın 16-da gecə saatlarında baş verib.

 

Ev sahibi Faiq Həsənov yanğının qısa çəkdiyini, heyvanları tövlədən çıxara bilmədiklərini deyib.

Yanğını söndürmək üçün Fövqəladə Hallar Nazirliyi Ağdam Dövlət Yanğın Təhlükəsizlik Xidmətinin əməkdaşları və yanğınsöndürən maşınları cəlb olunub.

Hadisə nəticəsində ev sahibinə məxsus iki baş iribuynuzlu heyvan tələf olub. Tövlənin yaxınlığındakı "VAZ 2107" markalı minik maşını yanıb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanmadır. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv