Peşə liseylərinin sonuncu sinf şagirdləri imtahan verdi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası martın 16-da bütün peşə liseylərinin sonuncu sinfində təhsil alan şagirdlər üçün buraxılış imtahanları keçirib. Bu barədə APA TV-yə qurumdan məlumat verilib.

İmtahanlar respublikanın 23 şəhər və rayonunda təşkil olunub.

Bütün mərkəzlərdə eyni vaxtda-saat 12:00-da başlayan imtahan 2 saat davam edib. İmtahanların idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib, bütün imtahan mərkəzlərində imtahan təlimata uyğun aparılıb.

İmtahan materialları gün ərzində Komissiyaya təhvil verilib.
Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı