Şəmkirdə "Mercedes" avtobusla toqquşdu

Şəmkirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin xəbərinə görə, hadisə Bakı Qazax maqistralı, Əliyaqublu kəndinin ərazisində baş verib. Sürücü Abbasov Alməmməd Nizami oğlunun idarə etdiyi "Mercedes Benz" markalı sərnişin daşıyan "Mercedes" markalı minik avtomobil toqquşub. Nəticədə avtomobilin biri yolun kənarına aşıb. Toqquşma zamanı mikroavtobusda sərnişin olsa da, xəsarət alan olmayıb, lakin digət avtomobilin sürücüsü Alıyev Diqəm Vahid oğlu xəsarət alıb.

Yaralı Şəmkir rayon xəstəxanasına catdirılıb. Onun vəziyyəti normaldır. İlkin etimala görə, qəzaya səbəb avtomobillərdən birinin dönmə əməliyyatı düzgün etməməsi olub. Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli